"Azərbaycan qadını" jurnalının növbəti buraxılışının təqdimatı

 

"Azərbaycan qadını" jurnalının növbəti buraxılışının təqdimatı keçirilmişdir.

Tədbirdə dövlət xadimləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət incəsənət xadimləri iştirak etmişlər.

Jurnalın bu sayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılışı, Bakı İslam Mədəniyyətinin Paytaxtı, Beynəlxalq İbn Ərəbi Simpoziumu, Azərbaycan baletinin əfsanəvi siması Qəmər Almaszadənin həyatı, məşhur ataların qız övladları Züleyxa Qarayeva - Bağırova, Aydan Alagöz Salahovalar, Fatimə İbrahimbəyovanın xatirələri, Avroviziya - 2009 mahnı müsabiqəsinin qaliblərindən biri - Aysel barədə maraqlı materiallar yer almışdır. 1923-cü ildə təsis olunan, 2008-ci ildə isə bərpa edilən jurnalın bu sayında təqdim olunan hər bir qadın özlüyündə bütöv bir dünyadır.

Nəşrin baş redaktoru Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə jurnalın növbəti sayının təqdimat mərasimində oxuculara bu qadınlarla tanışlığın unudulmaz dəqiqələr bəxş edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müasir dövrdə belə jurnalın nəşr etdirilməsini böyük hadisə adlandırmışdır. O, burada Azərbaycan qadınının taleyi ilə bağlı maraqlı məqalələrin nəşr edildiyini söyləmişdir.

Sonra "Azərbaycan qadını" jurnalında çalışan fotoqrafların yaradıcılığının təbliğinə həsr edilən fotosərginin açılışı olmuşdur. Sərgidə 14 ən uğurlu müasir foto ustasının 100-dən artıq əsəri nümayiş etdirilmişdir. Ekspozisiyanın özəlliyi isə süjetlərin həm qəhrəmanlarının, həm əsərlərin müəlliflərinin qadınlar olmasındadır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 4.