Vitali Smirnov: "Mədəni əlaqələrimizin inkişafı hamımız üçün faydalı olacaqdır"

 

"Mən bu gün Azərbaycanda olmaqdan fərəh hissləri keçirirəm. Burada çoxlu dostlarım vardır. 1962-ci ildən başlayaraq, hər il Bakıda olmuşam ölkənizin ənənələrini, tarixini heç pis bilmirəm. Düşünürəm ki, xalqlarımızın çoxillik əməkdaşlıq tarixinin davamı kimi mədəni əlaqələrimizin inkişafı hamımız üçün faydalı olacaqdır" - bu fikirləri Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnov bildirmişdir.

V.Smirnov demişdir: "Mən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə dəfələrlə sıx təmasda olmuşam. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz vardır, ona "Olimpiya" ordenini mən təqdim etmişəm. Azərbaycan xalqı onu ürəkdən dəstəkləyir İlham Əliyev öz xalqı üçün böyük işlər görmək əzmindədir".

Azərbaycana sonuncu dəfə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləndə gəldiyini xatırladan V.Smirnov hər səfərində Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu buna çox sevindiyini ifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 4.