Rusiya ekologiyanın qorunması sahəsində
Azərbaycandan nümunə götürməlidir
Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində ölkəmizdə səfərdə olan "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsini yüksək qiymətləndirmişdir.
Qonaq demişdir ki, dünyanın hər yerində ekoloji problemlər vardır. Bu problemləri həll etmək üçün uzun vaxt tələb olunur. Rusiya bu sahədə Azərbaycandan nümunə götürəcəkdir.
A.Venediktov
forumun əhəmiyyətini vurğulayaraq bunun ölkələrimiz
arasındakı əlaqələrin genişlənməsinə,
hər sahədə əməkdaşlığın
inkişafına təkan verəcəyini bildirmişdir. Rusiya
belə forumları Almaniya, Böyük Britaniya və
ABŞ-da da keçirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 23 yanvar.- S. 4.