Rəssam, aktyor, müğənni

 

Akademik Opera Balet Teatrının səhnəsində 30-dan artıq obraz yaradan, kino səhnəsində "Uzun ömrün akkordları", "Şir evdən getdi", "Dədə Qorqud" filmlərindəki rolları ilə yaddaşlarda qalan istedadlı aktyor Əli Haqverdiyevin 70 illiyi tamam oldu. Teatr xadimləri İttifaqında ənənəvi olaraq aktyorun anım günü keçirildi.

Tədbiri giriş sözü ilə ittifaqın sədri Azər Paşa Nemətov açaraq bildirdi ki, respublikanın əməkdar artisti Əli Haqverdiyev Azərbaycanın görkəmli rəssamları Həsən Haqverdiyev Güllü Mustafayevanın ailəsində dünyaya göz açıb. Əli uşaq yaşlarından yaradıcılıq mühitində böyüdüyü üçün rəssamlığa da böyük maraq göstərib. bu maraq onu 16 yaşında ikən Əzim Əzimzadə adına rəssamlıq məktəbinin qrafika şöbəsinə gətirib çıxarıb.

Hərtərəfli istedada malik olan Ə.Haqverdiyev eyni zamanda Bakı orta ixtisas musiqi məktəbinə daxil olub istisna hal kimi hər iki məktəbdə paralel oxumaq imkanı qazanıb.

Aktyorun bacısı, Musiqi Akademiyasının professoru Zemfira xanım Haqverdiyeva qeyd etdi ki, Əli Haqverdiyev 1961-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal fakültəsini bitirib. Tanınmış sənətkarlardan Bülbül, Şövkət Ələkbərova, Q.Tartakovadan dərs alıb. Böyük dirijor bəstəkar Niyazi gənc Əliyə qulaq asandan sonra onu teatra işə qəbul edib. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera Balet Teatrında təcrübə keçib. Güclü bas səs sahibi olduğu üçün Əli Akademik Opera Balet Teatrında "Arşın mal alan"da Soltan bəy, "Faust"da Mefistofel, "Otello"da Yaqo, "Leyli Məcnun"da Nofəl digər unudulmaz obrazlar yaradıb. Teatrda işləməklə yanaşı, geniş konsert fəaliyyəti göstərərək Çaykovski, Musorçeki, Şuman başqa bəstəkarların kamera-vokal musiqilərini uğurla ifa edib.

Keçmiş SSRİ məkanında dəfələrlə onun yaradıcılıq gecələri keçirilib.

Bəstəkar Sevda İbrahimova, sənətşünas Məryəm Əlizadə, xalq artistləri Rasim Balayev, Şahlar Quliyev digər çıxış edənlər Əli Haqverdiyevin istər musiqi, istərsə rəssamlıq sahəsində özündən sonra zəngin bir irs qoyub getdiyini vurğuladılar. Onun yüzlərlə qrafik işləri, rəsmləri, peysaj, portret dostluq şarjlarının Azərbaycan muzeylərində saxlanıldığını, vaxtilə çəkdiyi rəsmlərin Kiyev, Leninqrad, Moskva şəhərlərində uğurlu sərgisi keçirildiyini xatırlatdılar.

O da qeyd olundu ki, Əli Haqverdiyev konservatoriyanın vokal fakültəsində müəllim işlədiyi müddətdə gənc nəslə öz təcrübəsini əsirgəməmişdir. Tədbirdə aktyorun insani keyfiyyətlərindən, işgüzar, iradəli, məsuliyyətli, xeyirxah bir insan kimi yaddaşlarda qalmasından söz açıldı.

Tədbir boyu Əli Haqverdiyevin opera duetləri səsləndirildi.

İşıqlı bir insanın anım günündə təəssüf olunacaq yalnız Əli Haqverdiyevin faciəli ölümünün yada düşməsi oldu.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.- 23 yanvar.- S. 8.