Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü

 

Yanvarın 25-də Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"nə gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevi "Qəbullar evi"nin önündə Rusiya Prezidenti Dmitri Medvedev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü oldu.

Daha sonra görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə davam etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 yanvar.- S. 1.