Səfər başa çatdı
Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.
Azərbaycan dövlətinin
başçısını Soçinin "Adler" Beynəlxalq hava limanında Rusiyanın yüksək vəzifəli
dövlət və hökumət nümayəndələri
yola saldılar.
* * *
Dövlətimizin başçısı həmin
gün axşam Bakıya qayıtmışdır.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2010.- 26 yanvar.- S.1.