Avstraliya İttifaqının General-Qubernatoru zati-aliləri xanım Kventin Bryusa
Hörmətli xanım
General-Qubernator!
Milli bayramınız - Avstraliya
Günü münasibətilə
Sizə və xalqınıza ən səmimi təbriklərimizi
yetirməkdən məmnunluq
duyuram.
Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı,
əlaqələrimizin genişlənməsi
daim xalqlarımızın
rifahına xidmət edəcəkdir.
Sizə möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost Avstraliya
xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 yanvar 2010-cu il
Azərbaycan.- 2010.- 26 yanvar.- S. 1.