Rusiya xarici işlər naziri Sergey
Lavrovun prezidentlərin görüşündən sonra mətbuat
üçün açıqlaması
Yanvarın 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov kütləvi informasiya vasitələri üçün açıqlama vermişdir.
S.Lavrov
demişdir: "Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin
növbəti görüşü keçirilmişdir.
Görüşdə ötən il eyni formatda aparılan
danışıqlar davam etdirilmişdir. Danışıqlar
ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin
münaqişənin bütün maraqlı tərəfləri
razı salacaq dinc vasitələrlə həlli
yollarının axtarılmasına dair səylərini möhkəmləndirmişdir.
Həmsədrlərin təqdim etdikləri konkret təkliflər
nəzərdən keçirilmişdir. Ümumi anlaşma
vardır və bunu hamı sənədin preambulasında təsdiq
etmişdir. Hamı bu sənədin mövcudluğunu
faydalı hesab etmişdir. Çünki o,
danışıqları mücərrəd şəkildə
deyil, konkret fikirlər əsasında aparmağa imkan verir. Bu
gün başlıca nəticə budur ki, tərəflər sənədin
hələlik razılığa gəlmədikləri hissələri
ilə əlaqədar konkret ideyalarını, xülasələrini
hazırlayacaqlar və onlar mətnə daxil ediləcəkdir.
Biz əminik ki, bu, həmsədrlərə onların gələcək
işində kömək edəcəkdir. Ona görə də
bütövlükdə açıq, şübhəsiz ki,
faydalı danışıqlar aparılmışdır.
Prezidentlər danışıqları davam etdirmək barədə
razılığa gəlmişlər".
AzərTAc
Azərbaycan.- 2010.-26 yanvar.- S. 1.