Kitab təqdimatı olmuşdur

 

Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana ilə birgə İTAR-TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist, ictimai xadim Mixail Qusmanın "Formula vlasti" ikicildliyinin təqdimat mərasimini keçirmişdir.

Nəfis şəkildə çap olunmuş ikicildlikdə dünyanın 55 ölkəsinin liderləri ilə müsahibələr bu müsahibələrə şərhlər verilmişdir. Kitabda dövlət xadimlərinin fəaliyyətləri tamamilə yeni aspektdən işıqlandırılmış, yalnız onların siyasi fəaliyyətləri deyil, həm şəxsi həyatları, maraq dairələri barədə ətraflı söhbətlər öz əksini tapmışdır.

Tədbiri M.F.Axundov adına Milli Kitabxananın Məsləhət Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev açaraq kitab haqqında məlumat verdi bu dəyərli nəşrin işıq üzü görməsi münasibətilə müəllifi təbrik etdi.

Sonra mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, professor Həsən Quliyev, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin başqaları çıxış edərək ikicildlik haqqında öz fikirlərini bildirdilər.

Sonda M.Qusman "Formula vlasti" kimi dəyərli bir kitabın Azərbaycan oxucusuna tanıdılmasında böyük rolu olan Mədəniyyət Turizm Nazirliyinin M.F.Axundov adına Milli Kitabxananın rəhbərliyinə öz minnətdarlığını bildirdi.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2010.-26  yanvar.- S.3.