Rusiya Prezidenti Dmitri Medvedev Mixail Qusmanı "Vətən qarşısında
xidmətlərə görə"
ordeni ilə təltif etmişdir
Rusiya Prezidenti Dmitri Medvedev Rusiya İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) baş direktorunun birinci müavini Mixail Qusmanın "Vətən qarşısında xidmətlərinə görə" ordeninin IV dərəcəsi ilə təltif edilməsi barədə fərman imzalamışdır. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir. Həmyerlimiz bu yüksək mükafata "Rusiya kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə və çoxillik yaradıcılıq fəaliyyətinə görə" layiq görülmüşdür.
Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 26 yanvar.- S. 3.