Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun rusiyalı iştirakçıları vətənə yola düşmüşlər

 

Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun rusiyalı iştirakçıları yanvarın 24-də vətənlərinə yola düşmüşlər.

Dörd gün ərzində keçirilən forumda iştirak etmək üçün Bakıya Rusiyanın Dövlət Dumasının üzvləri, görkəmli elm, mədəniyyət və səhiyyə xadimləri, yazıçılar və xeyli sayda jurnalist gəlmişdi.

Forum iki qonşu ölkənin humanitar sahədə əməkdaşlığı üçün böyük imkanların olduğunu göstərdi. Bakıya gəlmiş Rusiyanın tanınmış xadimlərinin də vurğuladığı kimi, bu tədbir bütün sahələrdə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə öz töhfələrini verdi. Ənənəvi olaraq keçiriləcək forum gələn ildən beynəlxalq xarakterli olmaqla yanaşı, Bakı forumu adlanacaqdır. Onun işində yalnız Rusiya və Azərbaycanın deyil, eyni zamanda, digər ölkələrin nümayəndələri də iştirak edəcəklər.

Forumun sonunda tədbir iştirakçıları adından birgə bəyanat qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 yanvar.- S. 3.