Efiopiya Federativ
Demokratik Respublikasının
Prezidenti zati-aliləri
cənab Girma Volde-Giorgisə
Hörmətli cənab
Prezident!
"Ethiopian
Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya
uğraması nəticəsində
çoxsaylı insan tələfatı xəbərini
kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 yanvar 2010-cu il
Azərbaycan.- 2010.- 27 yanvar.- S.
1.