Livan Respublikasının Prezidenti zati-aliləri cənab Mişel Süleymana

 

Hörmətli cənab Prezident!

Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Livan xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S. 1.