Analoqu olmayan vandallar

 

Erməni vəhşiliyini olduğu kimi əks etdirmək üçün ifadə tapmaqda çətinlik çəkirik. Təbiətin özündə eyni cinsli heyvanlar belə, bir-birinə qarşı bu dərəcədə ağır, analoqu olmayan vəhşiliklər törətmirlər. Ötən əsrin əvvəllərindən başlayaraq bugünə kimi ermənilərin həyata keçirdiyi terrorların, törətdiyi iğtişaşların, soyqırımlarının sayı-hesabı yoxdur. Təbii ki, Yer üzündə göyərçinin gözəlliyini duymaq üçün ilanın olması, sülhün şirinliyini dadmaq və qiymətləndirmək üçün müharibələrin baş verməsi labüddür. Gecə-gündüz kimi, xeyirlə şər həmişə bir-birini izləməkdədir. Amma hər bir hərəkətin, hər bir hücumun, hər bir hədəfin, hər bir vuruşun, döyüşün öz mizan-tərəzisi və həddi var. 200 ili ötməkdədir ki, ermənilərin xalqımızın başına gətirdiyi ağlagəlməz vəhşiliklərin dərəcəsini təyin etməkdə insan çətinlik çəkir. Bəşərə ləkə olan bu ikiayaqlıların törətdikləri bəzi vəhşilikləri ardıcıllıqla yada salırıq.

 

Ötən əsrin əvvəllərində Zəngəzurda törədilən ağır cinayətlər zamanı ermənilər azərbaycanlıların kürəyinə qaynar samovar bağlayaraq onların çəkdikləri əzabdan, əziyyətdən, iniltilərdən nəşə alırdılar. Ölümdən qurtulub sağ qalanlar da ömürlərinin sonuna kimi ikiqat yeriyərək bizim üçün göz dağına çevrildilər. Qız-gəlinin diri-diri oda atılması, körpələrin süngüyə keçirilməsi, qollarının, ayaqlarının kəsilməsi, gözlərinin çıxarılması... Bu dözülməz vəhşiliklərin sayı-hesabı yoxdur.

1988-ci ildə Quqark rayonunda azyaşlı uşaqları borulara dolduraraq ağzını qapatdıran ermənilərin bu alçaq hərəkətlərindən bizdən öncə fransızlar xəbər tutdular. Kəndlər, qəsəbələr talan edildi, yandırıldı, dinc əhaliyə inanılmaz divan tutuldu. Bütün bu qanlı olaylar erməniyə bəs etmirdi. Torpağı qamarladıqca onun dinc, sakit, əliyalın əhalisinə min bir əzab verməkdən ləzzət alırdılar. 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımının da Yer üzündə analoqu olmadı. Burada əhalinin başına gətirilən əzabın mində birinin videolentin yaddaşına köçürülmüş məqamlarına daşürəkli insanlar da sakit tamaşa edə bilmirlər. Bunlar azmış kimi, internet saytlarında ermənilərin özlərinin yerləşdirdikləri yazılarda tükürpədici məlumatlar oxuduq. Xalqımızın qəddar düşməni, uzun illər özlərinin ikiayaqlı itlərini (əsl it onlardan yaxşıdır, çünki sədaqəti var, yediyi əppəyin sahibinə belə hürməz) bizim üstümüzə qısqırtmaqla məşğul olan Zori Balayan 1996-cı ildə "Ruhumuzun canlanması" adlı bir kitab yazıb. Oradakı məlumatı bir daha qələmə alırıq (bəri başdan ürəyi zəif olanların bu yazını oxumasını məsləhət görmürük. Çünki insan adlanan varlıq bu vəhşiliyi necə törədə bilər?). Türkün qatı düşməni Zori Balayan yazır: "13 yaşındakı türk uşağının (bu uşaq Xocalı soyqırımı vaxtı ermənilər tərəfindən girov götürülmüşdür - F.X.) başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. İlk sənətim həkimlik olduğuna görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə də özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı". Belə bir mənzərəni təsəvvür etmək çətindir. Heç vaxt Yer üzü bu cür vandallıq görməyib. Eləcə də üç yaşlı körpənin ürəyini çıxararaq boynuna asan və bütün bu vəhşiliyi ananın gözləri qarşısında yerinə yetirən balayanlara canavar, ayı, vəhşi belə demək azdır. Çünki ən vəhşi heyvanın qarşısına insan çocuğu çıxanda ona toxunmur. Nəhəng heyvanların son yadigarlarından olan timsahlar belə özgə heyvanın, məsələn, tısbağanın balası qarşısına çıxanda onu udmur, ağzına alaraq suya salır ki, yaşasın. Və yaxud da meşə heyvanları, dəfələrlə olub ki, insan çocuqlarını apararaq öz yavruları ilə birlikdə böyüdüblər. Belə qeyri-adi faktlarla bağlı nə qədər sənədli filmlər çəkilib, əsərlər yazılıb.

Ən dəhşətli faktlardan biri də budur ki, indi Ermənistan adlanan ərazidən soydaşlarımız vəhşiliklərlə çıxarıldıqdan sonra İrəvan ruhi xəstəxanasındakı azərbaycanlı xəstələrin taleyi daha acınacaqlı olmuşdur. Belə ki, əldə olunan dəqiq məlumata görə, 1992-ci ildə ermənilər həmin xəstələr hamamda çimərkən soyuq suyu kəsərək üstlərinə qaynar su buraxıblar. Min bir əzab və qışqırtı ilə həyatları sona yetən bu bədbəxtlərin bişmiş cəsədlərini sonradan zooparkdakı heyvanlara yedizdiriblər. Çox qəribədir. Dünya bu analoqu olmayan vandalizmə niyə biganədir?

Əgər bu gün hansısa bir məmur, səfir işğal altında illər boyu dağıdılmış ana torpağının sülhlə alınmırsa, müharibə ilə geri qaytarılacağının labüdlüyündən danışırsa, nə tez onun bu sözləri rəngə boyanır, ünvanına çamır atılır, müharibəyə təhrik kimi dəyərləndirilir? Məgər bizim öz doğulduğumuz torpaqda, ata- baba vətənimizdə yaşamağa haqqımız yoxdur?! Bir erməninin burnu qanayanda minlərlə havadarı meydana çıxır. Əsl həqiqətə qəsdən göz yumanlar az qala dünyaya hay-haray salır, insan haqlarından, hüquqlarından, toxunulmazlıqlarından danışırlar. Amma başımıza gələn bu bəlalar bəzilərini düşündürmür. Yaxşı ki, Azərbaycanın dövlət başçısının qətiyyəti hamıya bəllidir. Cənab İlham Əliyevin fikri belədir: "Bu münaqişənin sülh yolu ilə həll edilməsi təkcə Azərbaycan üçün deyil, həm də qonşu tərəf üçün önəmlidir. Ermənistan öz gələcək taleyi barədə ciddi düşünməlidir. Bu qətiyyətin arxasında iqtisadi güc də, siyasi nüfuz da, güclü ordu da var. Məqsədimiz odur ki, bölgədə yenidən qan tökülməsin. Bu səbəbdən də ermənilər bir daha düşünməli, gələcəkdə var və yox olmalarını özləri üçün qəti aydınlaşdırmalıdırlar".

Əslində, tarix dəfələrlə türk övladlarının qəhrəmanlığını bəşəriyyətə sübut edib. Hayların vətən anlayışını göstərən bir ifadə var: "Harada çörək varsa, ora vətəndir". Yalnız qarnı üçün yaşayan, qamarladığı torpaqlardan iştahlanaraq yeni həvəsə düşən bu ilan xislətli vəhşilərin başı elə öz yuvasında əzilməsə, bəşəriyyətə dinclik yoxdur.

Bu yaxınlarda Azərbaycan özəl telekanallarının birində çıxış edən dırnaqarası yazarlardan biri (bəlkə də Nvardın, Mkrtıçın nəvəsi) söylədi: "...Ermənilər qədim, lakin bədbəxt xalqdırlar. Biz isə o qədər qədim xalq deyilik. Əsl tariximiz 1930-cu ildən başlayır". Atasını, babasını tanımayan, ya bəlkə də tanıyan elə öz kökünə - haylarına xidmət edən belə üzdəniraq həmkarımıza bir söz deyərdik: özünü həmişə zavallı görkəmdə göstərmək tülkü xislətli ermənilərin əsas peşəsidir. Hələ əsrlər öncə ingilis filosofları (məsələn, F.Engels) söyləyirdilər ki, Yer üzünə əxlaqsızlığı erməni qadınları gətirib. Bu barədə çox məşhur insanların fikri bir məxrəcə yönəlir. Məhz belə əxlaqsızlardan törənənlər də ədəbsiz və nankor olurlar.

Bu yaxınlarda televiziyalarda göstərilən fraqmentlər bir daha ermənilərin əsl xislətini üzə çıxardı. Dirilərimizə verdikləri işgəncədən doymayan, törətdikləri qanlı hadisələrdən yorulmayan daşnaklar goreşənliklərini də unutmurlar. Qəbiristanlıqlara hücum çəkərək məzarları deşir, başdaşlarını sındırırlar. Bir sözlə, gor eşməklə məşğul olurlar. Dünyada elə bir xalq yoxdur ki, bu cür alçaq hərəkətin sahibi olsun.

Gah abidələrə güllə atırlar, gah məscidləri dağıdırlar, gah ağacları yandırırlar, gah da qəbiristanlıqlarımızda gor eşirlər. Həqiqətən də zavallı və bədbəxtdirlər. Əgər belə olmasaydı, bu günlərdə ailə-uşağını da götürüb bizə sığınan erməni ailəsi deməzdi ki, "...biz o qansızların içində yaşaya bilmirik. Siz böyük və humanist xalqsınız. Kömək edin üçüncü ölkəyə keçək".

Dünyaya səpələndiyi gündən bəşəriyyətə bəla gətirən, münaqişə yaradan, insanlığın adına ləkə olan bu soysuz, köksüz quldur xislətli qrupdan - "Yer üzünün düşməni"ndən ("Qabusnamə") əbədilik can qurtarmağın yeganə yolu türkün tarixi qəhrəmanlığının növbəti təkrarıdır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 27 yanvar.- S. 6.