Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar
səfəri
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 27-də İsveçrəyə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını
Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov yola saldılar.
Azərbaycan.- 2010.- 28 yanvar.- S. 1.