Azərbaycan Prezidenti İlham
Əliyev "The Wall Street Journal"a
müsahibə vermişdir
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın
27-də İsveçrədə işgüzar səfərdə
olan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Davosda "The Wall Street Journal"ın
müxbirlərinə müsahibə
vermişdir.
Dövlətimizin başçısı
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
ATƏT-in Minsk qrupu həmsədrlərinin
bu məsələ ilə bağlı fəaliyyəti, regional məsələlər,
Azərbaycanda enerji sahəsində görülən
işlər, Avropanın
enerji təhlükəsizliyinin
təmin edilməsində
Azərbaycanın rolu
və digər mövzularda suallara cavab verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 28 yanvar.- S. 1.