Azərbaycan Prezidenti İlham Əliyevin
RWE şirkətinin baş icraçı direktoru ilə
görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə görüşmüşdür.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyinin vurğulandığı görüşdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə əməkdaşlığın perspektivləri və Nabukko layihəsi ətrafında fikir mübadiləsi aparıldı.
Yurgen Qrosman Almaniya hökumətinin Nabukko layihəsinə dəstəyini vurğulayaraq bu sahədə əməkdaşlığın uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 28 yanvar.- S. 1.