"Edisson"
şirkətinin baş
icraçı direktoru
ilə görüş
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Edisson" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də enerji sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulandı.
Umberto Kuadrino "Edisson" şirkətinin bu əməkdaşlıq çərçivəsində yeni bir layihənin - İtaliya hökumətinin də dəstəklədiyi Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəmərinin həyata keçirilməsində maraq göstərdiyini bildirdi və bunun üçün yaxşı perspektivlərin olduğunu dedi.
Azərbaycan tərəfinin
həmin layihəni dəstəklədiyini qeyd
edən Prezident İlham Əliyev bildirdi ki, bu,
enerji daşıyıcılarının
nəqlinin şaxələndirilməsi
baxımından mühüm
layihədir.
AzərTAc
Azərbaycan.- 2010.- 28 yanvar.- S. 2.