Prezident İlham Əliyevin bp şirkətinin baş icraçı direktoru ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord ilə görüşmüşdür.
Söhbət zamanı bp şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyi bildirildi, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Azərbaycan ilə bp arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.-28
yanvar.- S. 2.