Azərbaycan Prezidenti İlham Əliyevin
və Sloveniya Prezidenti Danilo Türkün görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur.
Görüşdə əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
Azərbaycana səfərinin təəssüratlarını məmnunluqla xatırladan Danilo Türk qeyd etdi ki, həmin səfər zamanı keçirilmiş səmərəli görüşlər müxtəlif sahələr üzrə əməkdaşlıq üçün yaxşı əsaslar yaratmışdır. Hazırda Sloveniya tərəfi həmin səfər zamanı əldə edilmiş razılaşmalar üzərində fəal işləyir. Sloveniya Azərbaycan ilə əlaqələrin daha geniş sahələri əhatə etməsində maraqlıdır.
Sloveniya Prezidenti Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində vəziyyətlə maraqlandı.
Prezident İlham Əliyev əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesinə toxundu.
Danilo Türk Azərbaycan Prezidentini Sloveniyaya səfərə dəvət etdi.
AzərTAc
Azərbaycan.- 2010.-28
yanvar.- S. 2.