A.Ə.Əliyevə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında gömrük qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 yanvar.- S. 2.