N.X.Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Nazim Xeyrulla oğlu Məmmədova gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 yanvar.- S. 2.