Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin görüşü
Yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Davosda görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı qeyd olundu.
Azərbaycana səfərinin çox uğurla keçdiyini qeyd edən Prezident Valdis Zatlers dedi ki, Bakıda keçirilmiş görüşlər səmərəli nəticələr vermişdir. Latviya Prezidenti ölkələrimizin iqtisadi sahədə əlaqələrinin genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
Dövlət başçısı Latviya Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan və Latviya şirkətləri arasında əməkdaşlığın daha da genişlənməsini dəstəklədiyini bildirdi.
Görüşdə regional əməkdaşlıq, ikitərəfli münasibətlər, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 29 yanvar.- S.1.