Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Doris Loyhardın görüşü
Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti xanım Doris Loyhardın görüşü olmuşdur.
Xanım Doris Loyhard Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfərini xatırlatdı və qeyd etdi ki, bu, çox uğurlu bir səfər olmuşdur.
İsveçrə Prezidenti ölkələrimiz arasında iqtisadi sahədə, eləcə də energetika sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirdi.
Prezident İlham Əliyev İsveçrə ilə əlaqələrimizin müxtəlif sahələrdə, həmçinin iqtisadi sahədə uğurla inkişaf etdiyini dedi.
Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq gələcəkdə bu sahədə əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini bildirdi.
Görüşdə müxtəlif sahələrdə,
o cümlədən iqtisadi, energetika sahələrində ikitərəfli
əlaqələr, Nabukko
layihəsi çərçivəsində
əməkdaşlıq, regional
və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 29 yanvar.- S. 2.