Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın görüşü
Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullah ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, yüksək səviyyəli səfərlərin əməkdaşlığın möhkəmlənməsində xüsusi rolu olduğu vurğulandı.
Bildirildi ki, Azərbaycan ilə İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial vardır. Əminlik ifadə olundu ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 29 yanvar.- S. 2.