Qırğızıstanda fəaliyyət göstərən beynəlxalq Atatürk-Alatoo Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılmışdır

 

Bişkek şəhərində fəaliyyət göstərən SEBAT Təhsil Mərkəzinə daxil olan Beynəlxalq Atatürk-Alatoo Universitetində 2010-cu ilin əvvəlində ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı fakültəsi açılmışdır.

Bu barədə məlumat verən fakültənin müəllimi, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli bildirmişdir ki, burada cağdaş Azərbaycan ədəbiyyatı tədris ediləcəkdir. Çünki bundan əvvəl universitetdə türkmən, özbək, qazax ədəbiyyatına aid bölmələr fəaliyyətə başlamışdır.

Natiq bildirmişdir ki, çağdaş ədəbiyyatın tədris edilməsinə qərar verilərkən universitetdə keçirilən türk ədəbiyyatının içərisində klassik Azərbaycan ədəbiyyatının yaradıcıları onların ölməz əsərləri haqqında da məlumatların verilməsi nəzərə alınmışdır. Lakin çağdaş Azərbaycan ədəbi nümunələri onların müəllifləri haqqında məlumatlar geniş yayılmamışdır.

Bundan sonra yeni yaradılmış fakültənin səyi ilə müasir Azərbaycan yazıçı şairləri daha geniş şəkildə tanınacaq onların ədəbi nümunələri sevilə-sevilə oxunacaqdır.

R.Məşədihəsənli vurğulamışdır ki, bu işdə ona jurnalist-filoloq Hökümə Xəlilova kömək edəcəkdir.

Növbəti illərdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədris saatının daha da artırılacağını vurğulayan natiq demişdir ki, artıq fakültənin proqramı da təsdiq edilmişdir. Proqrama uyğun olaraq Azərbaycan ədəbiyyatının baniləri ilə yanaşı, İran Azərbaycanından olan ədiblərimiz tədris olunacaqdır. Xüsusilə tədris saatlarında böyük şairimiz Məmmədhüseyn Şəhriyarın da ədəbi nümunələrinə geniş yer ayrılacaqdır.

Bildirilmişdir ki, Beynəlxalq Atatürk-Alatoo Universitetində dünyanın hər yerindən gəlmiş tələbələr təhsil alır. Maraqlı cəhətdir ki, burada mozambikli bir qaradərili müəllim fəaliyyət göstərir. Universitetdə dərslər türk, ingilis, rus qırğız dillərində tədris olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 yanvar.- S. 6.