Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

 

Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda iclasında iştirak etmişdir

 

Xəbər verdiyimiz kimi, yanvarın 28-də İsveçrənin Davos şəhərində 40-cı Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda iclası keçirilmişdir.

Böyük əhəmiyyətə malik olan bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Forumun əsas tədbirlərindən biri olan "Qlobal enerji mənzərəsi" mövzusunda iclası Kembric Enerji Tədqiqatları Assosiasiyasının sədri Daniel Yergin açaraq Prezident İlham Əliyevə digər qonaqlara minnətdarlıq etdi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi, ölkəmizdə energetika sahəsində görülən işlərdən iqtisadi inkişaf proseslərindən danışdı.

APARICI: İlk sualımı Prezident Əliyevə ünvanlamaq istərdim. Qlobal enerji sistemini nəzərdən keçirdikdə enerji təhlükəsizliyi Azərbaycan üçün deməkdir?

Prezident İlham ƏLİYEV: İlk növbədə onu demək istərdim ki, enerji təhlükəsizliyi baxımından bizim üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir. Biz buna nail ola bilmişik. Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır. Eyni zamanda, enerji sahəsində davamlı uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit istehlakçı ölkələr arasında maraqlar balansının olması da vacibdir. Əgər maraqlar balansı pozularsa, bu, müəyyən problemlər yarada bilər. Bizdən ötrü digər vacib məsələ isə təbii ehtiyatlarımız, xüsusilə qaz üçün ədalətli bazar qiyməti müqavilələri imzalayan bütün tərəflərin tam sadiqliyidir. Hesab edirəm ki, enerji təhlükəsizliyi baxımından bu elementlər bütövlükdə istehlakçı istehsalçılar üçün daha böyük etimad yarada bilər.

APARICI: Cənab Prezident, Azərbaycanın müstəqillik dövrünün ilk on ilində daha çox diqqət neft sahəsinə ayrılırdı. İndi isə diqqət təbii qaza artır. Növbəti 5-10 il ərzində qlobal qaz bazarında Azərbaycanın rolu nədən ibarət ola bilər bu bazara çıxışı əngəlləyən hansı maneələr vardır?

Prezident İlham ƏLİYEV: Düşünürəm ki, qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaqdır. Çünki, nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Bildiyiniz kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu, bundan sonrakı on illər ərzində həm bizim, həm ixracat həcmi üçün kifayətdir. Hazırda isə ən mühüm məsələ təbii qazımız üçün etibarlı üzunmüddətli bazarın təmin edilməsidir.

Qeyd etdim ki, artıq şaxələndirilmiş qaz təchizatı sistemimiz vardır. Lakin həmin sistem yalnız bugünkü hasilat həcmini nəql edə bilər. Biz qaz hasılatını iki, üç dəfə, bəlkə daha çox artırmağı planlaşdırırıq. Onun üçün bizim daha böyük həcmli boru kəmərləri infrastrukturumuz olmalıdır. Əlbəttə, böyük sərmayələri yeni işlənilmə boru kəmərləri infrastrukturuna yatırmaq üçün biz aydın şəkildə bilməliyik ki, istehlakçılarımız kimlərdir. Həmin ölkələrdə bazarın tənzimlənməsi necə qurulub. Həmin bazarlar bizim üçün etibarlı uzunmüddətlidir, ya yox. Beləliklə, əminəm ki, bütün bu məsələlər öz həllini tapandan sonra Azərbaycan neft sahəsində olduğu kimi, qaz potensialından da uğurla istifadə edəcəkdir.

APARICI: Yəqin ki, alıcılardan söhbət gedir.

Prezident İlham ƏLİYEV: Bəli, alıcılarımız vardır. Ətrafımızda da alıcılar vardır. Azərbaycan hazırda qonşu ölkələrə qaz ixrac edir. Baxmayaraq ki, bu ölkələrdən bəziləri bizdən daha çox qaz hasil edir. Lakin məqsədimiz şaxələndirməni davam etdirmək, yeni bazarlar tapmaqdır, xüsusilə Avropada. Biz bilirik ki, Avropadan olan alıcılar da şaxələndirmə, yeni qaz təchizatı mənbələri axtarışındadırlar. Hələlik isə Xəzər dənizinin qazı, xüsusilə Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər.

 

* * *

 

İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord, "Saudi Aramko" şirkətinin prezidenti Xalid Al-Falih, "Royal Dutch Shell" şirkətinin idarə heyətinin sədri Peter Vozer, "The Dow Chemical" şirkətinin idarə heyətinin sədri Endrü Liveris, "Total" şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes mövzu ilə bağlı fikirlərini bildirdilər. Onlar şirkətlərin qlobal maliyyə böhranından xilas olması üçün daha mühüm addımların atılmasının, bu istiqamətdə səmərəli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırdılar.

APARICI: Cənab Prezident, biz böhranın şirkətlərə təsirindən danışdıq. Gəlirlərin artdığı ya azaldığı bir dövrdə Siz ölkə Prezidenti kimi sabitliyi inflyasiyanı necə qoruyub saxlaya bilirsiniz çətinlikləri necə dəf edirsiniz?

Prezident İlham ƏLİYEV: Onu deyə bilərəm ki, son bir neçə il ərzində ölkəmizdə apardığımız islahatlar bizə dayanıqlı şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verdi. İyirmi il bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun (ÜDM) 85 faizi özəl sektorun payına düşür. Biz neft qazdan əldə etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye istehsalına yönəltdik. Beləliklə, bu gün böhranla neftin qiymətinin dəyişməsi ilə bağlı yaranan bütün çətinlikləri minimum itkilərlə dəf etməyə nail olmuşuq.

Mən 2009-cu ildə Azərbaycanda iqtisadi inkişafı aydın şəkildə əks etdirən bəzi rəqəmləri söyləyə bilərəm. ÜDM-in artımı 9,3 faiz, sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə yalnız 1,5 faiz olmuşdur. 2009-cu ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, müstəqil neft fondumuz daha çox vəsait toplaya bilmişdir. Bu rəqəmlər aydın şəkildə göstərir ki, iqtisadiyyatımız hadisələrin gözlənilməz inkişafına tab gətirə bilir. Təbii ki, biz iqtisadi böhrandan əziyyət çəkmişik. Lakin biz bütün ehtiyatlarımızı səfərbər etməyə nail olmuşuq.

Onu da deyə bilərəm ki, 2009-cu ilin ən mühüm elementlərindən biri odur ki, regionumuzdakı digər ölkələrdən fərqli olaraq milli valyutamız dəyərini itirmədi, sabit qaldı. Bu isə insanların sosial müdafiəsi üçün böyük bir dəstək idi. Neftin bugünkü qiymətləri isə şirkətlər, istehlakçılar ölkələr üçün münasibdir. Bu cür qiymətlər bizə daha çox sərmayə yatırmağa, daha çox neft qaz hasil etməyə imkan verir, eyni zamanda, bu, istehlakçılar üçün məqbuldur. Artıq maraqlar balansı müşahidə olunmaqdadır.

Ümid edirəm ki, biz 2010-cu ildə nəzərdə tutduğumuz bütün əsas layihələri həyata keçirəcəyik. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Azərbaycandakı sərmayələrin ümumi məbləği 10 milyard dollara yaxın olub. Bu, iqtisadiyyatımız üçün kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, neftin tarazlaşdırılmış qiyməti bizə gələcəkdə inkişafı davam etdirməyə imkan verəcəkdir. Yeri gəlmişkən, son altı il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Altı il ərzində iqtisadiyyatımızın ümumi artımı 300 faiz təşkil edib. Beləliklə, indiyədək nail olduqlarımız, topladığımız vəsait neft sahəsində əldə edilmiş gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində gördüyümüz işlər bizə uğurlu inkişafı davam etdirməyə imkan verəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 yanvar.- S. 1.