Azərbaycan-Yamayka münasibətləri müzakirə edilmişdir

 

Ölkəmizin BMT-dəki daimi nümayəndəliyindən bildirmişlər ki, Yamaykanın illik diplomatik həftəsində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yamaykadakı səfiri Aqşin Mehdiyev həmin ölkənin Baş nazirinin müavini, xarici işlər xarici ticarət naziri Kenet Bouqla görüşmüşdür.

Söhbət zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları ölkələrimizin maraq göstərdiyi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, münasibətlərin müqavilə hüquqi bazasının təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, Azərbaycan ilə Yamayka arasında siyasi, hüquqi, iqtisadi, texniki, təhsil mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın mümkünlüyü məsələsini müzakirə etmək üçün mütəmadi görüşlərin keçirilməsi məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd olunmuşdur. Hər iki ölkənin malik olduğu potensialdan istifadə etmək imkanlarının mövcudluğu vurğulanmışdır.

Aqşin Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini bir milyon azərbaycanlının qaçqın məcburi köçkünə çevrildiyini nazirin diqqətinə çatdırmış, münaqişə ilə bağlı ətraflı məlumat vermişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan.- 2010.- 30 yanvar.- S. 5.