"Azərbaycan beynəlxalq münasibətlər diplomatiya tarixi (1639-1828)" dördcildliyinin ilk cildi çapdan çıxmışdır

 

Regionların İnkişafı İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov tarix elmləri doktoru Kərim Şükürovun "Azərbaycan beynəlxalq münasibətlər diplomatiya tarixi (1639-1828)" dördcildliyinin ilk cildi nəşr olunmuşdur.

AMEA-dan bildirmişlər ki, topluya, əsasən, dövlətlərin xarici siyasət kursunu müəyyən edən direktiv sənədlər, diplomatik fəaliyyətin yekun sənədləri - dövlətlərarası müqavilələr (traktat, pakt, konvensiya başqa sənədlər) daxil edilmişdir.

Fasilələrlə davam edən Səfəvi-Osmanlı müharibəsinin yekun sənədi olan "Qəsri-Şirin" müqaviləsi ilə başlanan bu cilddə 1828-ci ildə Rusiya İran dövlətləri arasında imzalanmış "Türkmənçay" müqaviləsinə qədər olan sənədlər öz əksini tapmışdır.

 

 

Azərbaycan.- 2010.- 31 yanvar.- S. 7.