“Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu»nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹6, maddə 428; 2004-cü il, ¹1, maddə 19, ¹12, maddə 1061; 2006-cı il, ¹9, maddə 809; 2008-ci il, ¹3, maddə 200; 2009-cu il, ¹10, maddə 791) aşağıdakı dəyişikliklər edilsin:

 

12 və 13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

«12.Hüquqi təminat və informasiya idarəsi

13. Elm-Tədris Mərkəzi (idarə səlahiyyətli)».

2. 15-ci bənd çıxarılsın.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2010-cu il.

 

Azərbaycan.- 2010.- 29 yanvar.- S.1.