"Əfvetmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 475; 2003-cü il, № 6, maddə 290) mətnində ismin müvafiq hallarında verilmiş "fərman" sözü ismin müvafiq hallarında "sərəncam" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2010-cu il

 

Azərbaycan.- 2010.-29  yanvar.- S. 1.