Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Müşfiq Cəbrayıl oğlu Bayramovun şikayətinə baxaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 20-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

Azərbaycan.- 2011.-1 aprel.- S.4.