Mixael Dreyer: "Bakıda Beynəlxalq muğam festivalının
yüksək səviyyədə
təşkili məni
valeh etmişdir"
Mən muğam sənətinin vurğunuyam və dəfələrlə Azərbaycan xanəndələrinin iştirakı ilə digər ölkələrdə keçirilən muğam gecələrində olmuşam.
Bu sözləri "Muğam aləmi" II Beynəlxalq muğam festivalının iştirakçısı, almaniyalı musiqişünas Mixael Dreyer AzərTAc-a müsahibəsində demişdir.
Festivalın yüksək səviyyədə təşkil edildiyini söyləyən almaniyalı qonaq bunun mədəniyyətlərarası dialoqun inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirmişdir.
Mixael Dreyer Bakının
füsunkarlığını qeyd etmiş və paytaxtımızın
yaxın gələcəkdə
dünyanın ən gözəl şəhərlərindən
birinə çevriləcəyini
vurğulamışdır.
Azərbaycan.- 2011.-1 aprel.- S. 5.