Bakı şəhəri
Suraxanı rayonunun Bülbülə qəsəbəsində
yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Bakı şəhərinin
Suraxanı Rayonu İcra Hakimiyyətinə Bülbülə qəsəbəsində
640 şagirdlik yeni ümumtəhsil məktəbi
binasının tikintisi üçün Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 2 aprel.- S.
2.