Bakı şəhəri
Nizami rayonunun Keşlə qəsəbəsində
yeni ümumtəhsil məktəbi binasının
tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Bakı
şəhərinin Nizami
Rayonu İcra Hakimiyyətinə Keşlə
qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi
binasının tikintisi
üçün Azərbaycan
Respublikasının 2011-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
hissəsində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 2 aprel.- S. 2.