Azərbaycanlı gənclər
Daşkənddəki Dünya
İqtisadiyyatı və
Diplomatiya Universitetində
müəllim və tələbələrlə görüş
keçirmişlər
Daşkənd, 1 aprel (AzərTAc).
Özbəkistanda səfərdə olan Azərbaycan Diplomatik
Akademiyasının (ADA) tələbələri Daşkənddəki
Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində
(DİDU) müəllim və tələbələrlə
görüşmüşlər.
Universitetin prorektoru
Baxadir Xocaev tələbələri salamlayaraq bildirmişdir
ki, 2009-cu ildə Azərbaycana səfəri çərçivəsində
ADA-da olmuş, əməkdaşlıq haqqında saziş imzalanmışdır.
O, Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin
səviyyəsindən danışaraq bildirmişdir ki, əməkdaşlıq
bütün sahələrdə uğurla inkişaf edir. B.Xocaev
hər iki ölkənin ali məktəbləri arasında əlaqələr
yaradılmasını təqdir etmişdir.
Kafedra müdiri Murad
Baxadirov Özbəkistanın siyasi, iqtisadi və digər sahələrdə
əldə etdiyi uğurlardan danışmış, dövlət
quruculuğu, siyasi partiyalar haqqında məlumat vermiş,
regionda sülhün və sabitliyin qorunmasında ölkəsinin
təşəbbüslərindən
danışmışdır.
ADA-nın müəllimi
Anar Vəliyev təmsil etdiyi ali məktəb haqqında məlumat
vermiş, əməkdaşlığın daha da dərinləşdirilməsinin
vacibliyinə toxunmuşdur.
DİDU-nun müəllimləri
azərbaycanlı tələbələrin suallarını
cavablandırmışlar. Növbəti görüşün
Bakıda keçirilməsi qərara alınmışdır.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.- 2011.- 2 aprel.- S. 4.