Yaponiya hökuməti Azərbaycan
Prezidentinə təşəkkür etmişdir
Yaponiya hökuməti bu ölkədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür etmişdir.
AzərTAc xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında rəsmi məlumat yerləşdirilmişdir. Məlumatda deyilir ki, ölkə hökuməti Azərbaycan dövlətinin, xalqının Yaponiyaya olan həmrəyliyini və yardımını yüksək qiymətləndirir.
Minnətdarlıq
hissi ilə xatırladılır ki, Azərbaycan hökuməti
Yaponiyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə
Tohoku-Sakit okeanında baş vermiş zəlzələyə
görə 1 milyon dollar (təxminən 80 milyon yen) maliyyə
yardımı ayırmış, Prezident İlham Əliyev
çoxsaylı insan tələfatı ilə bağlı
İmperator Əlahəzrət Akihitoya
başsağlığı vermişdir.
Azərbaycan.- 2011.-4 aprel.- S. 5.