"Euronews"
telekanalı Bakıda
keçiriləcək Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun əsas media tərəfdaşıdır
Dünyanın nüfuzlu "Euronews"
televiziya kanalının
Bakıda keçiriləcək
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün
əsas media tərəfdaşı kimi
çıxış etməsi
bu tədbirin möhtəşəmliyindən və ona göstərilən
beynəlxalq marağın
yüksək səviyyəsindən xəbər
verir.
AzərTAc xəbər verir ki, bununla
bağlı Azərbaycanın
Mədəniyyət və
Turizm Nazirliyi ilə "Euronews" televiziyası arasında müqavilə imzalanmışdır.
Müqavilənin şərtlərinə
uyğun olaraq, telekanal forumda çəkiliş aparacaq
və tədbirdən
sonra verilişi 1 həftə ərzində
20 dildə 20 dəfə
nümayiş etdirəcəkdir.
Azərbaycan.- 2011.-2 aprel.- S. 5.