"Gecikmiş
etiraf"
Bir sıra şeir və publisistik kitabları ilə tanınan Sahib Əliyev bu dəfə oxucuların görüşünə hekayələri ilə gəlmişdir. "Gecikmiş etiraf" adlanan kitabında müəllifin ayrı-ayrı illərdə yazılmış hekayələri toplanmışdır. Həmin hekayələr hadisələrin qısa və konkret təsviri ilə diqqəti daha çox cəlb edir. Bu cəhətdən "Gecikmiş etiraf", "Axı mən nə biləydim", "Qozbeli qəbir düzəldər", "Qulu Namazovun romanı", "Təmizlik", "Sitat Xeyrulla", "Bunu sənə deməmişəm ki" hekayələri xüsusilə oxunaqlıdır.
Şübhə etmirik ki, Sahib Əliyevin
şeirləri kimi, hekayələri də oxucular tərəfindən
maraqla qarşılanacaqdır.
Azərbaycan.- 2011.- 3 aprel.- S. 8.