A.Q.Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2011-ci ilin may ayında görkəmli neftçi-geoloq, SSRİ Dövlət mükafatı laureatı, professor Ağaqurban Qurban oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş A.Q.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin ərazisində A.Q.Əliyevin büstünün qoyulmasını təmin etsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti A.Q.Əliyevin yaşadığı binaya xatirə lövhəsi vurulmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə A.Q.Əliyevin fəaliyyətinə həsr olunmuş konfrans keçirsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.-5 aprel.- S. 1.