Regional siyasət idarəetmənin əsasları barədə yeni kitab

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ictimai həyatın, iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilmiş, məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində köklü dəyişikliklər baş vermişdir.

Bu proses indi davam edir. Makroiqtisadi göstəricilərin dinamikasında müsbət nəticələr əldə olunur. Sosial-iqtisadi inkişafın elmi təhlili ölkəmizdə aparılan müsbət prosesləri birmənalı qiymətləndirməyə imkan verir.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər müstəqil dövlətimizin sosial-iqtisadi inkişafını daha da irəliyə aparmış, xalqın güzəranı yaxşılaşmış, Azərbaycanın xarici imici sürətlə artmışdır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları regional iqtisadiyyatın dövlət tənzimlənməsinin əsasını daha da möhkəmləndirmişdir, hər bir regionun konkret şəraitindən irəli gələn xüsusiyyətlər nəzərə alınmışdır.

Bu baxımdan "Regional siyasət idarəetmənin əsasları" dərslik kitabı elmi təhlilinə görə diqqəti cəlb edir. Bu dərslik Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının böyük Elmi Şurasının tövsiyəsi ilə, Azərbaycan Respublikası təhsil nazirinin 12 fevral 2007-ci il tarixli əmri ilə dərslik kimi təsdiq edilmişdir.

Kitab görkəmli iqtisadçı-alim, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, əməkdar elm xadimi, professor Əli Nuriyevin gərgin əməyinin məhsuludur. Müəllif son illərdə regional siyasətin idarəetmənin mühüm əsaslarını təhlil edir, konkret fikirlər, tövsiyələr irəli sürür. Dərslik dörd hissədən ibarətdir. Hər hissənin öz mövzusu predmeti var. Kitabda müasir ölkədaxili regional siyasət idarəetmənin nəzəri-metodoloji məsələləri qarşılıqlı əlaqədə ölkə şəraitinə tətbiqən ətraflı təhlil olunur.

Müəllif Azərbaycanda regional siyasətin strateji istiqamətlərini, regional idarəetmənin təşkilati vasitə metodlarını şərh edərkən ulu öndər Heydər Əliyevin onun layiqli davamçısı Prezident İlham Əliyevin bu məsələlərlə bağlı proqram xarakterli çıxışlarını, fərmanlarını, qəbul edilmiş rəsmi dövlət sənədlərində irəli sürülmüş müddəaları əldə rəhbər tutmuşdur. Kitabın birinci hissəsində regionun mahiyyəti, formaları açıqlanır, regionlarla bölgü sisteminin təsnifatı verilir.

Ölkəmizdə regional siyasət idarəetmənin nəzəri-metodoloji məsələlərinin tətbiqinə həsr olunmuş bu kitab elm aləminə bir töhfədir. Dərslikdə şərh təhlil olunan məsələlərin əhatə dairəsi regional idarəetmədən xeyli kənara çıxmış, regional siyasətin regional sosial-iqtisadi inkişafın bir çox vacib məsələlərini əhatə etmişdir. Ə.Nuriyev kitabında milli iqtisadiyyatın hər hansı bir təsərrüfat forması ya formasiya ilə bağlı bir kateqoriya olmadığının, eyni zamanda özündə cəmiyyətin, iqtisadiyyatın müxtəlif inkişaf pillələrini, strukturunu, onun xüsusiyyətlərini milli xüsusiyyətlər baxımından əks etdirdiyinin geniş izahını vermişdir.

Dərslikdə müstəqillik illərində ölkəmizdə ulu öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf, o cümlədən regional inkişaf siyasətinin formalaşması inkişafı geniş şəkildə mərhələlərlə təhlil olunur. Müəllif göstərir ki, mövcud imkanlardan səmərəli istifadə etməklə ölkəmiz iqtisadi cəhətdən daha güclü dövlətə çevrilmiş, dünya iqtisadi sistemində özünə layiqli yer tutmuş, sosial problemlərin yüksək səviyyədə həll olunması əhalinin güzəranının yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.

Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Əli Nuriyevin "Regional siyasət idarəetmənin əsasları" adlı dərsliyi tələbələr üçün dərslik, elmi axtarışlarla məşğul olanlardan ötrü dəyərli mənbədir.

 

        

A.BAYRAMOV,

professor, Azərbaycan Respublikasının

əməkdar müəllimi

 

Azərbaycan.- 2011.- 8 aprel.- S. 11.