Ekologiya mövzusu məktəbli
fırçasında
ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin əsas binasında Sumqayıt məktəblilərinin ekologiya mövzusuna həsr olunmuş rəsmlərindən ibarət sərgi təşkil edilib.
Foyedə
nümayiş etdirilən rəsmlər ötən il Beynəlxalq
Dəniz günündə "Azərikimya"nın təşəbbüsü
və dəstəyi ilə "Planetimizi tullantılardan təmizləyək!
Sumqayıtı ekoloji təmiz şəhərə çevirək!"
devizi altında keçirilmiş geniş ekoloji təmizlik
aksiyası çərçivəsində çəkilib. Əslində,
bunlar həmin münasibətlə çəkilmiş və Sumqayıt
şəhər rəsm qalereyasında nümayiş
etdirilmiş yüzlərlə işin arasından
seçilib. Burada təbiətə diqqət və
qayğının həyati vacibliyini əks etdirən, həmçinin
bəzi məqamlarda həyəcan təbili təsiri
bağışlayan 20-dək rəsm toplanıb. Bu rəsmləri
işləmiş məktəblilər öz tablolarında
yalnız yaradıcılıq istedadlarını deyil, həm
də ana təbiətə, Vətənə məhəbbətlərini,
bütövlükdə dünyanın bugünü və
sabahı ilə bağlı arzu və istəklərini, eyni
zamanda, planetin ekoloji tarazlığını pozanlara
qarşı münasibətlərini əks etdirməyə
çalışıblar.
Azərbaycan.- 2011.- 5 aprel.- S. 7.