Geniş tərkibdə
danışıqlar
Aprelin 5-də təkbətək
görüş başa
çatdıqdan sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının
Prezidenti Karolos Papulyasın nümayəndə
heyətlərinin iştirakı
ilə geniş tərkibdə danışıqları
olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafında mühüm mərhələ olacaqdır. Siyasi əlaqələrimiz inkişafdadır və Sizin səfəriniz bunun bariz nümunəsidir. İqtisadi sahədə gözəl perspektivlər vardır və hökumətlərarası birgə komissiya çox uğurla fəaliyyət göstərir. Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və ümid edirəm ki, yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaqdır. Eyni zamanda, bu gün biz Sizinlə insanlar arasındakı əlaqələr haqqında da fikir mübadiləsi apardıq və biz çox maraqlıyıq ki, vətəndaşlarımız bir-birilərini daha da yaxşı tanısınlar və beləliklə, əlaqələrimiz daha da çoxşaxəli olsun və əməkdaşlığın nəticələri daha da böyük olsun.
Mən əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcək, çox gözəl nəticələri olacaq və səfərdən sonrakı dövrdə Yunanıstan və Azərbaycan birlikdə çox böyük işlər görəcəklər.
Bir daha Sizi
səmimiyyətlə salamlayıram,
ölkəmizə xoş
gəlmisiniz.
* * *
Yunanıstan Prezidenti Karolos PAPULYAS səmimi qəbul
üçün minnətdarlığını bildirərək
dedi:
- Çox
sağ olun,
cənab Prezident!
Bizə göstərilən səmimi
qonaqpərvərliyə görə
şəxsən öz
adımdan və Yunanıstan nümayəndə
heyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, sadəcə, Sizin
burada dediyiniz sözləri bir daha təkrar etmək istəyirəm ki, bizim münasibətlərimizin
gələcəyi parlaqdır.
Təkbətək görüş zamanı
əməkdaşlığımızın
vacibliyi vurğulandı.
Sizin Afinaya etdiyiniz rəsmi səfər böyük əhəmiyyət
kəsb edir və bu, əslində,
münasibətlərimizin inkişafında
yeni bir mərhələyə çevrildi.
İndi isə mən Sizin ölkənizdə səfərdəyəm və
mən də ümidvaram ki, bu səfərim münasibətlərimizin inkişafına
yeni təkan verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 6 aprel.- S. 2.