Yunanıstan Prezidenti Karolos Papulyas Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas aprelin 5-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Yunanıstan Prezidenti Karolos Papulyas "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Yunanıstanın Azərbaycanın dövlət himnləri səsləndi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 3.