Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində
yenidən qurulmuş
2 nömrəli uşaq
evi ilə tanış olmuş və "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya
mərkəzi"nin açılışında iştirak
etmişdir
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olmuşdur.
2000-ci ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulmuşdur. Burada 3 yaşından 16 yaşınadək 126 nəfər yetim və valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsini həmişə diqqət mərkəzində saxlamışdır. Fondun dəstəyi ilə burada təmir və abadlıq işləri aparılmış, müasir avadanlıqla, kompüterlərlə təmin olunmuşdur. Fondun uşaq evinə növbəti hədiyyəsi burada əsaslı yenidənqurma işlərinin aparılması olmuşdur. Əsas korpusda yerləşən uşaq evi, habelə məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı mərkəzi, kitabxana, akt salonu, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək səviyyədə təmir olunmuş, həyətdəki əyləncə və idman meydançaları təzələnmişdir. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə kompüterlər, plazma televizorları, kondisionerlər hədiyyə edilmişdir.
Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva günərzi qayğı mərkəzi ilə tanış olmuş, balacaların təhsildəki ilk addımları ilə maraqlanmışdır. Mehriban xanım müəssisənin daha nəyə ehtiyacı olduğunu da soruşmuşdur. Azərbaycanın birinci xanımına bildirilmişdir ki, uşaq evinin yeni korpusa ehtiyacı vardır. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramına (2006-2015-ci illər)" uyğun olaraq, Xəzər və Suraxanı rayonları pilot rayonlar kimi seçilmişdir. Respublikada ilk dəfə olaraq 2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində həyata keçirilməyə başlayan pilot layihəsinin məqsədi gələcəkdə risk qrupuna aid ailələrin uşaqlarının, habelə tək valideyni olan, əlil ailələrin övladlarının günərzi qayğı mərkəzinə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə 12 saat ərzində qalacaqlar. Onlar məktəblərə aparılacaq və gətiriləcək, mərkəzdə gün ərzində qidalanacaq, axşamlar isə evlərə qayıdacaqlar.
Heydər Əliyev Fondunun prezidenti uşaqların ailələrindəki sosial vəziyyətlə də maraqlanmışdır.
Mehriban xanım fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə etmişdir.
* * *
Həmin gün Mehriban Əliyeva Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında iştirak etmişdir.
Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma məlumat verilmişdir ki, təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilmiş və ən son avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman və fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.
Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılmışdır. Alınan videogörüntü mərkəzin hollundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq və yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.
Reabilitasiya prosesi müalicəvi vannalar vasitəsilə də aparılır. Bu prosedurlar əzələ ağrılarını və
əzələ spazmalarını
azaldır, yerli və ümumi qan dövranını gücləndirir və nəticədə əzələ
funksiyasını yaxşılaşdırır.
Daha bir müalicə növü artterapiyadır.
Uşaqlarla sosial mühit
oriyentasiyası tədrisi
aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.
Psixoloji sərbəstlik - sensor terapiya
kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq,
narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir
gərginliyini aradan götürmək, normal yuxunu
bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.
Fondun prezidentinə bildirilmişdir
ki, mərkəzdə
dünyada populyar olan balneoterapiya da həyata keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən əziyyət
çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların
çəkisi iki dəfə azaldığından,
onlar hərəkət
etməyə qorxmurlar.
Nəticədə hətta ağır
xəstələr də
sərbəst üzməyi
öyrənə bilir
və bu da onlara hərəkət
sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın
daha səmərəli
olmağı üçün
gələcəkdə hovuza
xüsusi qaldırıcı
qurğunun alınması
planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan
istifadə etsinlər.
Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılacaqdır. Uyğunlaşma tədrisi otağında
uşaq və yeniyetmələrin tədrisi
oyun və oyuncaqlar vasitəsilə, yəni əyləncəvi
formada həyata keçiriləcəkdir.
Mərkəzdə uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi
də həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə və qiymətləndirmə
3 mütəxəssis - pediatr,
nevroloq və psixoloq tərəfindən
aparılır.
Müalicə ocağının həyətində
açıq idman meydançası da yaradılmışdır. Uşaqlar
burada müxtəlif idman növləri ilə - futbol, voleybol, basketbolla məşğul ola
biləcəklər. Mərkəzin həyətində əyləncə
meydançası da vardır.
Uşaqların müxtəlif peşələrə
istiqamətləndirilməsi, vaxtında və düzgün qidalandırılması
da diqqət mərkəzindədir.
Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların buraya gətirilməsi, sonradan isə evlərinə qaytarılması
üçün hədiyyə
olunmuş "Hyundai" markalı
avtobusun açarlarını
mərkəzə təqdim
etmişdir.
Mərkəzin açılışında "Uralsib" maliyyə korporasiyasının direktorlar
şurasının sədri
Nikolay Svetkov da iştirak etmişdir.
* * *
Sonra Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın "Uralsib"
maliyyə korporasiyasının
nümayəndə heyəti
ilə görüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2011.- 6 aprel.- S. 4.