Milli Məclisdə görüş

 

Aprelin 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Polşanın ölkəmizdəki səfiri Mixal Labenda ilə görüşmüşdür.

Milli Məclisin Sədri Azərbaycanda səfir təyin olunması münasibətilə M.Labendanı təbrik edib bildirdi ki, müstəqil Azərbaycan Avropa İttifaqının önəmli üzvlərindən olan Polşa ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Xalqlarımız arasında əlaqələrin qədim tarixi var. Vaxtilə polşalı ziyalılar Bakıda yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan xalqı onları böyük ehtiramla xatırlayır.

O.Əsədov daha sonra dedi ki, Azərbaycan Polşanın dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində əhəmiyyətli rol oynamışdır. Bugünədək ölkələrimiz arasında 26 sənəd imzalanmışdır ki, onlar əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. İqtisadi sahədə əlaqələrimiz intensiv inkişaf etməkdədir. Bu baxımdan İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti təqdirə layiqdir. Fikrimcə, komissiya çərçivəsində biznes-forumların, sərgilərin seminarların daimi xarakter alması məqsədəmüvafiq olardı.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində mühüm rol oynayır Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin çəkilişini dəstəkləyir. Avroatlantik strukturlara inteqrasiya xarici siyasətimizin prioritet istiqamətidir. Ölkəmiz beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edir.

Spiker qeyd etdi ki, parlamentlərimiz arasında əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyəti informasiya mübadiləsi baxımından çox önəmlidir.

Milli Məclisin Sədri Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açdı. Dedi ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır. Biz bu məsələdə Polşanın obyektiv mövqeyinə ümid edirik.

Səfir M.Labenda diplomatik fəaliyyəti dövründə Polşanın Azərbaycanla əlaqələrinin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib dedi ki, ölkəsi Azərbaycanla iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Bunun üçün kifayət qədər potensial imkanlar var. Səfir dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində parlamentlərin rolunu yüksək dəyərləndirərək nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etdi.

Görüşdə tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

* * *

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanislə də görüşmüşdür.

Parlamentin sədri bildirmişdir ki, Azərbaycanla Latviya arasında münasibətlər pozitiv xarakter daşıyır. Biz bundan sonra da ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsində maraqlıyıq. Münasibətlərimizin genişləndirilməsində hər iki ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynamışdır. Azərbaycanla Latviya arasında bugünədək 28 sənəd imzalanmışdır. İqtisadi münasibətlərimiz inkişaf etməkdədir. Lakin bu əlaqələr mövcud potensiala cavab vermir. Bu baxımdan hər iki ölkənin adamları arasında qarşılıqlı əlaqələrin qurulması, müxtəlif tədbirlərin keçirilməsi faydalı olardı. Qarşılıqlı münasibətlərimizin genişləndirilməsində Hökumətlərarası komissiyanın fəaliyyəti böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı layihəsi çərçivəsində təşkilatın üzvü olan Latviya ilə uğurlu əməkdaşlıq edir. Avratlantik məkana Latviyanın inteqrasiya təcrübəsi bizim üçün əhəmiyyətlidir. Azərbaycan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. İnanırıq ki, Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış "Cənubi Qafqaz dəhlizi haqqında" birgə bəyannamə qitə ölkələri ilə əlaqələrimizin dərinləşməsinə xidmət edəcək.

Milli Məclisin Sədri daha sonra qeyd etdi ki, ölkəmiz Latviya ilə parlamentlər səviyyəsində əlaqələri inkişaf etdirmək əzmindədir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə mübadiləsi baxımından çox önəmlidir.

O.Əsədov Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini bir daha bəyan edərək ümidvar olduğunu bildirdi ki, Latviya gələcəkdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.

Səfir Hardiys Baumanis ölkəsinin Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlı olduğunu söylədi. Bildirildi ki, Latviya Cənubi Qafqazın bu bölgəsində gedən prosesləri diqqətlə izləyir Azərbaycanla iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir. Latviya Azərbaycanla təkcə neft-qaz sahəsində deyil, qeyri-enerji sektorunda da əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu baxımdan yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri böyük əhəmiyyət daşıyır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 4.