Rusiyalı alim Moskva Dövlət Universitetinin Bakı filialında məruzə etmişdir

 

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinin Ümumi fizika kondensasiya halı fizikası kafedrasının müdiri Dmitri Xoxlov aprelin 5-də M.V.Lomonosov adına MDU-nun Bakı filialında ölkənin aparıcı fizikləri qarşısında "Terahers şüalanma. Fizika tətbiq imkanları" mövzusunda məruzə etmişdir.

Əvvəlcə MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış edərək filialla şəxsən tanış olmaq üçün Azərbaycana səfər etmək təşəbbüsünə görə rusiyalı alimə minnətdarlığını bildirmişdir. Rektor demişdir ki, MDU-nun Ümumi fizika kafedrasının əməkdaşları lap bu yaxınlarda Bakı filialının tələbələri ilə məşğələlər keçmişlər. Biz Azərbaycan Rusiya alimlərinin görüşünün məhz M.V.Lomonosov adına MDU-nun Bakı filialında baş tutmasından məmnunuq.

Fundamental elmlərin humanitar problemlər məsələlərlə təmasda olduğunu vurğulayan N.Paşayeva demişdir ki, elmi tərəqqi heç həmişə bəşəriyyət üçün yalnız xoşbəxtlik gətirmir. Bu yaxınlarda Yaponiyada baş vermiş faciə buna misaldır. Odur ki, belə görüşlər, elmi əməkdaşlığın, yüksək məqsədlərə xidmət edən insanların yaxınlaşması həmişə faydalıdır.

Nərgiz xanım vurğulamışdır ki, tanınmış Rusiya fizikinin Bakıya gəlişi dialoq üçün, təkcə elmi deyil, həm ictimai-etik yönümlü mühüm problemlərin müzakirəsi üçün yeni perspektivlər imkanlar açır.

İki ölkənin alimləri arasında əlaqələrin bir müddət əvvəl çox geniş olduğunu xatırladan Dmitri Xoxlov həmin əlaqələrin bərpa olunmasının əhəmiyyətini vurğulamışdır.

Bakıda MDU-nun filialının açılmasının bu istiqamətdə çox əhəmiyyətli bir addım olduğunu vurğulayan alimin fikrincə, bu istiqamətdə növbəti addım daha sıx kooperasiyanın yaradılması gənc kadrların birgə yetişdirilməsi olmalıdır. O demişdir: "Elm beynəlmiləldir. Kooperasiyanın yaradılması çox əhəmiyyətlidir, çünki heç bir elmi təkcə bir ölkədə aparılmır".

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov iki ölkənin alimlərinin birgə tədqiqatlar aparmalarının əhəmiyyətindən danışaraq demişdir ki, rusiyalı həmkarlarla qarşılıqlı maraq nöqtələri tapa bilsək, bu, hər iki tərəf üçün faydalı olacaqdır. Azərbaycan alimləri birgə tədqiqatlara öz töhfələrini verə bilərlər.

M.Kərimov diqqəti gənc azərbaycanlı alimlərin MDU-da Rusiyanın digər elmi mərkəzlərində staj keçmələri imkanlarına cəlb etmiş, MDU-nun Bakı filialının açılmasının həm kadrların hazırlanması, həm təcrübə bilik mübadiləsi aparılan belə tədbirlərin təşkili baxımından əhəmiyyətini vurğulamışdır.

Sonda qonaq MDU-nun Bakı filialının yeni kompleksinin maketi ilə tanış olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 5.