Yarub Smarait: "Dünya mədəniyyətinə
Üzeyir Hacıbəyli, Müslüm Maqomayev kimi dahi klassiklər
bəxş etmiş Azərbaycan xalqı musiqi korifeyləri ilə
fəxr edə bilər"
Bakıda "Muğam aləmi" II Beynəlxalq muğam festivalı yüksək səviyyədə keçirilmişdir. Bu ölkənin çox gözəl klassik musiqisi vardır. Dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev kimi dahi klassiklər bəxş etmiş Azərbaycan xalqı musiqi korifeyləri ilə fəxr edə bilər. Bunlar nəinki bu ölkənin musiqisini dünyada tanıtmış, həmçinin dünya musiqi xəzinəsinə öz töhfələrini vermişlər.
Bu sözləri Bakıda keçirilən "Muğam aləmi" II Beynəlxalq muğam festivalının iştirakçısı, iordaniyalı violonçel ustası Yarub Smarait AzərTAc-a müsahibəsində demişdir.
Qonaq Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın bu sahəyə
xüsusi qayğısını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, böyük
müvəffəqiyyətlə keçən muğam
festivalı bunu bir daha göstərir. Azərbaycanda bir
neçə il əvvəl olduğunu deyən qonaq ötən
müddətdə Bakının xeyli gözəlləşdiyini,
inkişaf etdiyini də vurğulamışdır.
Azərbaycan.- 2011.- 6 aprel.- S. 5.