IV Azərbaycan-Yunanıstan biznes forumu çərçivəsində əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır

 

Yunanıstan Prezidenti Karolos Papulyasın ölkəmizə rəsmi səfəri çərçivəsində aprelin 6-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Yunanıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilmiş IV Azərbaycan-Yunanıstan biznes forumunda çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes investisiya imkanları barədə ətraflı məlumat vermişdir.

Yunanıstanın Xarici Ticarət Təşkilatının (HEPO) prezidenti Aleksandros Çolevas biznes forumlarının işgüzar görüşlərin adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətindən danışmışdır.

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat vermişdir.

İş adamları arasında ikitərəfli görüşlərdə iqtisadi əlaqələr əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Tədbir çərçivəsində AZPROMO HEPO arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 2.