Azərbaycan Prezidenti İlham Əliyev Krans Montana Forumunun təsisçisi prezidenti Jan Pol Karteronu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Krans Montana Forumunun təsisçisi prezidenti Jan Pol Karteronu qəbul etmişdir.

Jan Pol Karteron xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. O, ölkəmizlə xalqımızla bağlı xoş təəssüratlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyini deyən Jan Pol Karteron bu tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmini vurğulayan Prezident İlham Əliyev forumun sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsinə, xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 2.